Bu məlumat vərəqində Baramanın Azərbaycanda LGBTİ+ şəxslərin hüquq-mühafizə orqanlarına (polisə) olan etimad səviyyəsini və müraciət etmə meyllərini araşdırmaq məqsədilə həyata keçirdiyi sorğunun nəticələri təqdim edilir.
2025-ci ilin avqust ayından 2026-cı ilin mart ayınadək olan dövrdə keçirilmiş sorğuda ümumilikdə 193 nəfər iştirak edib. Natamam olduğu üçün 16 cavab analizə daxil edilməyib.
Bu cavabların 30-u fokus qrup müzakirələri formatında, digərləri isə onlayn platformalarda elanlar və icma daxilində bir-başa fərdi dəvətlər vasitəsilə toplanıb.