Azərbaycanda LGBTİ+ fərdlərin və fəalların üzləşdiyi hüquq pozuntuları, ayrı-seçkilik və nəfrət nitqi hallarının əksəriyyəti sistemli sənədləşdirmənin olmaması səbəbindən görünməz qalır.
201, orientasiyanız və ya gender kimliyinizin aşkar edilməsi və ya ehtimal olunması səbəbindən məruz qaldığınız təcrübəni report edə bilməyiniz üçün hazırlanıb.
Qarşılaşdığınız təcrübəni bizimlə bölüşməklə siz Azərbaycanda LGBTİ+lərin məruz qaldığı hüquq pozuntularının sənədləşdirilməsinə dəstək olursunuz və bunun üçün sizə çox təşəkkür edirik!
Bu platformda toplanan bütün məlumatlar tamamilə anonimdir. Ona görə də sorğunun açıq mətn xanalarında ad, soyad və ya sizi tanıdan spesifik detalları qeyd etməməyinizi xahiş edirik.
Sorğuda iştirakınızı rahatlaşdırmaq məqsədi ilə aşağıda sizin üçün sorğunun strukturunu vizuallaşdırmışıq. Orada 8 istiqamət, yəni mühit üzrə sorğunun axışı, qarşınıza çıxacaq seçimlər interaktiv şəkildə təsvir edilib.
Sizin hər bir təcrübənizi dəqiq sənədləşdirmək isə bizim əsas məsuliyyətimizdir!
Ona görə də sorğuda hər dəfə yalnız bir mühitlə (məsələn, yalnız iş yeri, dövlət qurumları, ictimai nəqliyyat və ya yalnız təhsil müəssisəsi və s.) bağlı insidenti report edə bilərsiniz.
Əgər müxtəlif mühitlərdə (məsələn, həm evdə, həm də ictimai məkanda) ayrı-ayrı təcrübələr yaşamısınızsa, sizdən xahişimiz, seçdiyiniz ilk mühitlə bağlı reportu bitirib göndərdikdən sonra dərhal yeni bir sorğu başlayaraq başınıza gələn digər halı da ayrıca report edin.