Bu məlumat vərəqində Baramanın Azərbaycanda konversiya aktlarına məruz qalmış LGBTİ+ şəxslərin təcrübələrini və bu təcrübələrin onların həyatlarına təsirlərini araşdırmaq məqsədilə həyata keçirilmiş sorğunun nəticələri təqdim edilir.
* Konversiya dedikdə fərdin LGBTİ+ kimliyini “sağaltmaq” və ya “müalicə etmək” cəhdləri başa düşülür.
2025-ci ilin iyul ayından 2026-cı ilin mart ayınadək olan dövrdə keçirilmiş sorğuda ümumilikdə 137 nəfər iştirak edib. Natamam olduğu üçün 8 cavab analizə daxil edilməyib.
Bu cavabların 30-u fokus qrup müzakirələri vasitəsilə toplanmış, qalan cavablar isə onlayn platformalarda elanlar və birbaşa fərdi dəvətlər vasitəsilə əldə edilmişdir.
Bu məlumat vərəqi ümumi vəziyyəti tam əks etdirməsə də, əldə olunan nəticələr Azərbaycanda konversiya aktlarının mövcudluğunu göstərir, eyni zamanda onların LGBTİ+ şəxslərin həyatına təsiri ilə bağlı əhəmiyyətli ilkin məlumatlar təqdim edir və bu aktların daha geniş şəkildə araşdırılmasına ehtiyac olduğunu vurğulayır.