Barama Azərbaycanda təcrid olunmuş və kifayət qədər təmsil olunmayan icmaların sosial-iqtisadi, mədəni və siyasi həyatını araşdırmaq üçün bir araya gələn kuir-feminist tədqiqatçılar evidir.
Barama nə edir?
Barama həssas icmaların həyatını daha yaxşı başa düşmək üçün sorğular keçirir.
Bu sorğular vasitəsi ilə toplanmış məlumatlar infoqrafikaların hazırlanması üçün istifadə olunur.
Təhlükəsizliyi və məxfiliyi təmin etmək üçün bütün sorğular anonim şəkildə aparılır və toplanmış məlumatlar təhlükəsiz şəkildə saxlanılır.