Bu məlumat vərəqində Baramanın Azərbaycanda LGBTİ+ şəxslərin məktəb illərində qarşılaşdıqları ayrı-seçkilik, qısnama (bullinq) və zorakılıq təcrübələrini araşdırmaq məqsədilə həyata keçirdiyi sorğunun nəticələri təqdim edilir.
2025-ci ilin avqust ayından 2026-cı ilin mart ayınadək olan dövrdə keçirilmiş sorğuda ümumilikdə 102 nəfər iştirak edib. Natamam olduğu üçün 8 cavab analizə daxil edilməyib. Bu cavabların 30-u fokus qrup müzakirələri vasitəsilə toplanmış, qalan cavablar isə onlayn platformalarda elanlar və birbaşa fərdi dəvətlər vasitəsilə əldə edilmişdir.
Bu məlumat vərəqi ümumi vəziyyəti tam əks etdirməsə də, əldə olunan nəticələr bu mövzunun daha geniş şəkildə araşdırılmasına ehtiyac olduğunu vurğulayır.