SORĞU — Azərbaycanda LGBTİ+lərin qarşılaşdıqları konversiya terapiyası təcrübələri
Sən də LGBTİ+ kimliyin səbəbindən “sağalma” və ya “müalicə olma” adıyla fiziki və psixoloji zorakılığa, və ya məcburi tibbi və inanc əsaslı müdaxilələrə məruz qalmısan? Əgər elədirsə, yaşadığın təcrübələr “konversiya terapiyası” adlanır.
Mövcud reallığı aşkara çıxarmaq üçün Barama Kuir-Feminist Tədqiqatçılar Evi olaraq sorğu keçiririk.
Toplanmış məlumatlar infoqrafikaların hazırlanması və Azərbaycanda konversiya terapiyalarının qadağan edilməsinə yönəlmiş müvəkkillik səylərini dəstəkləmək üçün istifadə olunacaq.
İştirakçıların təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün bütün cavablar anonim şəkildə toplanır və təhlükəsiz şəkildə saxlanılır.
Bu sorğu vasitəsi ilə siz LGBTİ+lərin Azərbaycanda məruz qaldıqları konversiya təcrübələrini və yaratdığı çətinlikləri daha yaxşı başa düşməyə kömək etmiş olacaqsınız. Vurğulamaq istəyirik ki, siz, bu anonim sorğuda iştirakınızı həm də, hekayənizi bölüşmək və səsinizi eşitdirmək üçün bir alət kimi dəyərləndirə bilərsiniz. Bununla belə, sizin rifahınız bizim üçün çox önəmlidir. Anlayırıq ki, bu sorğudakı bəzi suallar sizi çətin və ya xoşagəlməz təcrübələrə qaytara bilər. Belə halda sizdən sorğunu dayandırmağınızı və ancaq özünüzü hazır hiss etdikdə yenidən qayıdaraq sorğuda iştirak etməyinizi rica edirik.